AXA-MBASK
AXA-MBASK

BANK SIĞORTASI

Hörmətli cənablar,

AXA MBASK Sığorta Şirkəti Sizin diqqətinizə girov avtomobillərin, əmlakın, borc alanların həyatının, eləcə də bank portfelinin kompleks sığortası (BBB) da daxil olmaqla risklərin ən müxtəlif kateqoriyaları üzrə təminat verən sığorta proqramlarını təqdim edir.

Bizim sığorta proqramları Sizin bankın öz fəaliyyətini həyata keçirdiyi zaman məruz qaldığı bir çox risklərdən etibarlı qorunmasını təmin edər.

Bizim şirkət Unibank KB, Bank of Baku, NİKOYL, Respublika kimi Azərbaycanın ən iri qabaqcıl bankları ilə böyük əməkdaşlıq təcrübəsinə malikdir.

Biz banklarla əməkdaşlıqda fərdi yanaşmaya üstünlük veririk. Bizim mütəxəssislər Sizin tələbatın fərdi analizini apararaq Sizə eksklüziv tariflər və sığorta şərtləri təklif etməyə hazırdır.

AXA MBASK Sığorta Şirkəti banklarla əməkdaşlığa ciddi önəm verir və bu məqsədlə də bank sektorundan olan tərəfdaşlarına təqdim etdiyi xidmətlərin keyfiyyətinə xüsusi diqqət yetirir.

Operativ və keyfiyyətli xidmət təqdim etmək məqsədi ilə bizim şirkətdə bank sektoru ilə AXA MBASK Sığorta Şirkətinin əməkdaşlığının vahid koordinasiya mərkəzi olan xüsusi Bank Sığortası Mərkəzi yaradılmışdır.