AXA-MBASK
AXA-MBASK

Korporativ

Hörmətli cənablar,

AXA MBASK Sığorta Şirkəti Sizin diqqətinizə hüquqi şəxslərin sığortası üzrə proqramları təqdim edir. Müxtəlif müəssisə və təşkilatlarla çoxillik əməkdaşlıq sayəsində bizim şirkət müştərilərimizin əsas tələbatının üzə çıxarılmasında qiymətli təcrübə qazanmış və bu bizə kiçik biznes müəssisələri ilə yanaşı iri təşkilatlara da sığorta xidmətlərinin ən optimal çeşidini təklif etməyə imkan verir.

Biz Sizə ən gözlənilməz hallarda belə Sizin təşkilatın maliyyə dayanıqlılığını təmin etmək üçün zəruri olan optimal xidmətləri təklif etməyə hazırıq. Biz hər bir korporativ müştəriyə xidmətdə fərdi yanaşmaya üstünlük veririk, ona görə də bizim mütəxəssislər Sizin sorğunu detallı şəkildə öyrənəcək və məhz Sizin biznes üçün daha optimal sığorta həlləri təklif edəcəklər.

Biz Sizə

Əmlakın (binanın, avtomobilin və sair),
Şirkətin personalının həyatı və sağlamlığının,
Peşəkar məsuliyyətin,
Sizin şirkətin fəaliyyətinin digər aspektləri kimi müxtəlif risk kateqoriyaları üzrə sığorta təklif edirik.

Sığorta təminatı ilə yanaşı bizim mütəxəssislər Sizin müəssisədə müxtəlif risklərin analizini aparacaq və onların minimallaşdırılması üzrə Sizə tövsiyyələr verəcəklər. AXA MBASK Sığorta Şirkəti korporativ müştərilərlə çoxillik əməkdaşlığa can atır və bu məqsədə çatmaq üçün biz müştərilərimizin maraqlarının maksimal dərəcədə nəzərə alınmasına yönəlik tərəfdaşlıq münasibətləri qurmağa çalışırıq.

______________________________________________________________________________