AXA-MBASK
AXA-MBASK

HADİSƏ BAŞ VERDİKDƏ NƏ ETMƏLİ?

Hörmətli müştəri,

Bizim sığorta şirkətində sığortalanmış əmlakla bağlı sığorta hadisəsinin baş verdiyini bilən kimi bu barədə bizə həftənin 7 günü, günün 24 saatını işləyən aşağıda qeyd olunan növbətçi telefon nömrələri vasitəsi ilə YUBANMADAN xəbər verin:

(050) 225 72 02
(050) 283 00 33

Siz həm də bu barədə yaxınlıqdakı Yol Polisi İdarəsinə YUBANMADAN xəbər verməlisiniz. əgər Siz hadisə barədə polisə xəbər verə bilmirsinizsə, Siz bu barədə şirkətin sığorta ekspertini məlumatlandırmalısınız ki, o, Sizə kömək etsin.

Bundan sonra Siz AXA MBASK Sığorta Şirkətinə gəlməlisiniz ki, bir sıra sənədləri təqdim edərək müvafiq formanı doldurasınız. Bundan sonra Sizin işi aparmaq üçün icraçı təyin olunacaq ki, o da Sizi işin sonrakı gedişatı barədə məlumatlandıracaq.

Bütün işlərə qaydalara uyğun olaraq baxılır. Bu qaydalar barədə aşağıda məlumat tapa bilərsiniz: